Rəqib futbolçu ata olacağı üçün millimizə qarşı oynamayacaq

UEFA Millətlər Liqasının qrup mərhələsinin ilk 2 turunda Estoniya və Azərbaycan milliləri ilə qarşılaşacaq Slovakiya yığması ciddi itki ilə üzləşib.

Presssport.az Slovakiya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Patrik Qroşovski qarşıdakı matçlar üçün heyətə çağırılmayıb.

Bunu italiyalı baş məşqçi Françesko Kaltsona açıqlayaraq, Belçikanın “Genk” klubunun 32 yaşlı orta sahə oyunçusunun şəxsi səbəbdən icazə aldığını bildirib: “Qroşovskinin övladı dünyaya gələcək və ailəsi ilə birlikdə olmaq istədi. Ailə mənim üçün hər şeydən əvvəl gəlir. Bu üzdən Patrikə icazə verdim”.

Xatırladaq ki, sentyabrın 5-də Estoniyanın qonağı olacaq slovaklar bundan 3 gün sonra Azərbaycanı qəbul edəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC