“Barselona” azərbaycanlı qapıçını icarəyə verdi

“Barselona” bu yay transfer etdiyi azərbaycanlı qapıçı Eldar Tağızadəni icarəyə verib.

Presssport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Belə ki, 21 yaşlı qolkiper IV liqa təmsilçisi “CD Tudelano”da çıxış edəcək. 

Klublar 30 iyun 2025-ci ilədək, yəni bir mövsümlük razılığa gəlib. “Barselona”nın B komandası Eldarla 2026-cı ilin yayına kimi müqavilə imzalamışdı.

Xatırladaq ki, Tağızadə ötən mövsüm İspaniyanın digər təmsilçisi “Luqo”da çıxış edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC