Aleks Souza indi daha çox zəka ilə irəlilədiklərini sayır: “Qarabağ” favorit komandadı, ölkə üçün onlara hörmət etməliyik, amma..."

"Turan Tovuz"un braziliyalı hücumçusu Aleks Souza müsahibə verib.

Presssport.az həmin müsahibəni təqdim edir: 

- “Turan Tovuz” son turda “Qarabağ”a qalib gəldi. Həmin matç sizin üçün necə alındı? Hər halda, “Qarabağ”ı səfərdə məğlub etmək xüsusi hadisədir?

Çətin oyun oldu. Rəqibimizin potensialını bilirdik. Bəzi səhvlərimiz oldu. Amma artıq hər oyunda yaxşılaşmaq üçün uyğunlaşırıq. Qalib gəldiyimizə görə şadam.

- “Qarabağ”ı məğlub etmək sizə böyük motivasiya və inam verdi?

Bu normal oyundur. Təbii ki, “Qarabağ” favorit komandadır, ölkə üçün onlara hörmət etməliyik... Amma mənim üçün normal oyun idi. Hər kəs öz klubunun formasını müdafiə edir və hədəfin arxasınca qaçır, o da qələbədir...İndi keçmiş nəticəni unudub, diqqəti növbəti rəqibə cəmləmək vaxtıdır.

- “Turan Tovuz” artıq 4 oyunda qalib gəlib. Özünüzdən belə başlanğıc gözləyirdiniz?

Təvazökarlıqla, məsuliyyətlə çalışsaq, şübhəsiz ki, nəticələr gələcək. Artıq dediyim ki, diqqətimizi cəmləməli və ayağımızı yerdə saxlamalıyıq. Qarşıda bizi çox şey gözləyir, başlanğıc yaxşıdır. Lakin daha çox iş görməliyik.

- Qalib mühakimə olunmur. Sadəcə maraqlıdır ki, bu qələbələri necə qazandınız?

Bunun üçün hər gün çox çalışırıq.

- “Turan Tovuz” belə oynamağa davam edə biləcək? Gücünüz varmı? Çünki hər oyunda çox mübarizə aparırsınız..

Daha çox işləməyə davam etməliyik. Əslində mən özüm də necə oynayıramsa, elə də məşq edirəm. Bunu etməyi, çox məşq etməyi çox sevirəm ki, oyunlarda səmərəli çıxış edim. Hər zaman komandaya hər şeydə kömək etmək istəyirəm.

- Bu mövsüm “Turan Tovuz”da oynamaq sizə asandı, yoxsa ötən mövsüm? “Turan Tovuz”u ötən mövsümlə bu mövsüm hansı müqayisə edərdiniz?

- Mənim üçün yenə də eynidir. Amma indi daha çox zəka ilə irəliləyirik.

- “Səbail”lə qarşılaşacaqsınız. Bu oyun haqqında nə düşünürsən? “Səbail”i məğlub edə biləcəksiz?

Oyuna hazırlaşırıq, evdə oynayacağıq. Ev tapşırığını yerinə yetirməliyik. Bizim üçün yalnız qələbə önəmlidir (sportal.az)

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC