Bu gün Avropa Liqasında Liqa mərhələsinin püşkü atılacaq.
Presssport.az xəbər verir ki, Monakoda keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Mərasimdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqiblərinin adına aydınlıq gələcək. Ağdam klubu 3-cü səbətdə yer alacaq.
Yarışda ilk dəfə Liqa formatı tətbiq olunacaq və 36 komanda iştirak edəcək. Yeni format üçün tarixdə ilk dəfə hibrid püşkatma üsulundan istifadə ediləcək. Müvafiq olaraq, püşkdə klublar əl ilə çəkiləcək, daha sonra kompüter nəzarəti ələ alacaq və komandaların 8 rəqibini seçəcək. Püşkatmanın uzun zaman aparmamasına görə belə üsuldan istifadəyə qərar verilib.
36 komandanın hər birinin rəqibi hər səbətdən çıxan 2 komanda olacaq. Yeni formata əsasən hər komanda 8 fərqli rəqiblə 8 matç keçirəcək. Oyunlardan 4-ü evdə, 4-ü səfərdə olacaq.
1-ci səbət
"Roma" (İtaliya)
"Mançester Yunayted" (İngiltərə)
"Portu" (Portuqaliya)
"Ayaks" (Niderland)
"Reyncers" (Şotlandiya)
"Ayntraxt" (Almaniya)
"Latsio" (İtaliya)
"Tottenhem" (İngiltərə)
"Slaviya" (Çexiya)
2-ci səbət
"Real Sosyedad" (İspaniya)
"AZ Alkmaar" (Niderland)
"Braqa" (Portuqaliya)
"Olimpiakos" (Yunanıstan)
"Lion" (Fransa)
PAOK (Yunanıstan)
"Fənərbaxça" (Türkiyə)
"Makkabi" (Tel-Əviv, İsrail)
"Ferentsvaroş" (Macarıstan)
3-cü səbət
"Qarabağ" (Azərbaycan)
"Qalatasaray" (Türkiyə)
"Viktoriya" (Çexiya)
"Budo-Qlimt" (Norveç)
"Yunion" (Belçika)
"Dinamo" (Kiyev, Ukrayna)
"Ludoqorets" (Bolqarıstan)
"Midtülland" (Danimarka)
"Malmo" (İsveç)
4-cü səbət
"Atletik" (İspaniya)
"Hoffenhaym" (Almaniya)
"Nitsa" (Fransa)
"Anderlext" (Belçika)
"Tvente" (Niderland)
"Beşiktaş" (Türkiyə)
FKSB (Rumıniya)
RFŞ (Latviya)
"Elfsborq" (İsveç)
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC