UEFA Millətlər Liqasında İsveç və Slovakiya ilə qarşılaşacaq Azərbaycan milli komandasının hazırlıq proqramı məlum olub.
Presssport.az xəbər verir ki, yığmamız sentyabrın 2-də toplanışa başlayacaq.
Məşqlər ayın 4-nə kimi "Azərsun Arena"da keçirəcək. Baş məşqçi Fernandu Santuş komandanı həmin gün saat 19:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda oyunöncəsi son məşqə çıxacaq. Ertəsi həmin arenada İsveçlə qarşılaşma olacaq.
Millimiz sentyabrın 6-da saat 16:00-da Slovakiyaya yola düşəcək, 1 gün sonra Koşitse Futbol Arenasında məşq edəcək. Slovakiyayla görüş məhz həmin stadionda baş tutacaq. Oyundan sonra isə millimiz geri dönəcək.
Xatırladaq ki, millimiz Mərdəkandakı bazasında məskunlaşaraq məşqlərini daha çox "Dalğa Arena"da edib. Lakin indi oranın ot örtüyü yararsız vəziyyətə düşüb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC