"Qəbələ" futbolçusu Zurab Oçiqava ilə yollarını ayırıb.
Presssport.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Belə ki, milliyətcə gürcü olan 29 yaşlı ukraynalı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
2023-cü ilin iyulundan “qırmızı-qaralar”da çıxış edən Oçiqava 24 matç keçirib. O, Premyer Liqada 21, Azərbaycan Kubokunda 3 oyunda iştirak edib. Zurab bunadək ölkəmizdə “Sabah”da oynayıb.
Xatırladaq ki, “Qəbələ” I Liqada düşəndən sonra bütün legionerləriylə müqavilələrini pozaraq yola salır.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC