"Turan Tovuz" beynəlxalq turnirdən 1 çempionluq, 1 ikinciliklə dönüb: "Bu, bizim komandalar üçün ilk növbədə təcrübə idi"

“Turan Tovuz” Göygöldə keçirilən beynəlxalq turnirdə 2 yaş qrupu üzrə təmsil olunub. 

Presssport.az xəbər verir ki, tovuzlular Göygöl Olimpiya İdman Kompleksinin meydançasında 3 gün davam edən turnirdə finaladək irəliləyib.

2014-2015-cü il təvəllüdlü futbolçulardan ibarət komanda “Paxtakor” (Özbəkistan) 3:3, “Sumqayıt” 1:1, “The First” (Özbəkistan) 5:2, TİM (Gəncə) 4:5, “Xan” (Bakı) 3:1 nəticələri ilə finala qədər yüksələ bilib. Həlledici oyunda sumqayıtlı həmyaşıdlarına məğlub olan “Turan Tovuz” turnirin gümüş medallarına sahib olub.

2012-2013-cü il təvəllüdlü futbolçulardan ibarət Tovuz komandası isə turnirin qalibi adını qazanıb. “Master” (Qazaxıstan) 4:0, “Kəpəz” 3:0, TİM (Gəncə) 0:1, “Zirə” 3:0 nəticələri ilə finala yüksələn tovuzlular həlledici oyunda Gəncə təmsilçisi TİM-lə qarşılaşıb. Əsas vaxtı qolsuz bərabərliklə başa çatan matçda penalti seriyasında daha dəqiq olan “Turan Tovuz prinsipial rəqibindən məğlubiyyətin revanşını alaraq çempionluq kubokuna yiyələnib.

“Turan Tovuz” Futbol Akademiyasının koordinatoru Ülfət Mədətov saytımıza açıqlamasında komandalarının çıxışını dəyərləndirib: “Bu 2 yaş qrupunda yeni mövsüm hələ başlamayıb və o üzdən beynəlxal turnirdə iştirak etməyi vacib saydıq. Bu, bizim komandalar üçün ilk növbədə təcrübə idi və ona görə bu turnirdə iştirak etməyi qərara aldıq. Əvvəldən planlaşdırılmışdı, iştirakla bunu reallaşdırdıq ki, bizim uşaqlar üçün bir təcrübə olsun. Sözün açığı, bu yaş qruplarında hazırlığa bir az gec başlamışdıq və üstəlik, biz akademiya olaraq hansısa bir yaş qrupunun nəticəsi önəmli deyil. Əsas hansısa talantlı futbolçuları ”Turan Tovuz üçün qazanmaq istəyirik. Buna görə də belə turnirdə iştirak yerinə düşdü. Düzdü, gec başladığımıza görə həm hazır, həm də təcrübə deyildik. Turnirlərdə iştiraka yeni-yeni başlamışıq və gələcək planlarımızda ölkə xaricinə çıxmaq var. Ki, bizim uşaqlar beynəlxalq turnirlərdə daha çox iştirak edərək təcrübə toplasınlar”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC