"Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsində rəqibləri bəlli olub.
Presssport.az xəbər verir ki, "köhlən atlar" ilk oyununu "Ayaks"la (Niderland) evdə keçirəcək.
Ağdamlılar 2-ci matçında səfərdə "Tottenhem" (İngiltərə) ilə qarşılaşacaq.
Azərbaycan çempionu 3-cü görüşündə doğma meydanda "Lion" (Fransa), 4-cü qarşılaşmasında səfərdə "Olimpiakos"la (Yunanıstan) üz-üzə gələcək.
Qurban Qurbanovun komandası daha sonra evdə "Malmö" (İsveç), ardınca isə səfərdə "Budyo Qlimt"lə (Norveç) görüşəcək. Növbəti qarşılaşmalar FCSB (Rumıniya) ilə Bakıda, "Elfsborq"la İsveçdə gerçəkləşəcək.
Yekunda 36 komanda arasında ən çox xal toplayan ilk 8 yeri tutan komanda 1/8 finala yüksələcək. 9-24-cü yeri tutanlar isə 1/8 finalda oynamaq üçün iki matçdan ibarət pley-off qarşılaşmaları keçirəcəklər. 25-36-cı yeri tutanlar isə avrokuboklarda mübarizəni başa vuracaqlar.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC