Qurban Qurbanov püşkdən razı qalıb: "Daha diqqətli və ciddi olmalıyıq"

"Daha diqqətli və ciddi olmalıyıq. Hər bir rəqibə qarşı yalnız bir matç keçirəcəyik. Ona görə də xüsusilə ev görüşlərinə daha diqqətli yanaşmalıyıq”.

Presssport.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının Liqa mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

Təcrübəli mütəxəssis ilk dəfə yeni formatda keçirilən turnirdə iştirak edəcəklərini diqqət yetirib:

“Əsas mərhələdə komanda sayı da artırılıb. Hər iştirakçı Avropa Liqasında minimum 8 oyun keçirəcək. Bu, heç də az deyil. Rəqiblərimiz arasında həm “Böyük beşlik” təmsilçiləri, həm də tanış komandalar var. İlk dəfə qarşılaşacağımız rəqiblər də azarkeşlər üçün maraqlı olacaq. Liqa mərhələsinin startına qədər vaxtımız var. Bütün rəqibləri yaxından tanıdıqdan, tam təhlil etdikdən sonra ətraflı fikir bildirmək mümkündü”.

Qurbanov püşkün nəticəsindən razı qaldığını gizlətməyib: "İndi demək olar ki, əksər rəqiblər arasında bir o qədər fərq yoxdu. İstənilən komanda hər bir rəqiblə matçda istədiyi nəticəni əldə edə bilər. Bütün rəqiblərimiz ciddi komandalardı. Qarşıdakı matçlara hazırlaşacaq, komandanı daha sağlam, daha hazır etməyə çalışacağıq. Azarkeşlərimizə yaxşı, maraqlı futbol arzulayıram. Çalışacağıq ki, oyunlarımızdan zövq alsın. Onlarla böyük futbolda görüşəcəyik”.

Xatırladaq ki, "Qarabağ" evdə "Ayaks" (Niderland), "Lion" (Fransa), "Malmö" (İsveç), FCSB (Rumıniya), səfərdə isə "Tottenhem" (İngiltərə), "Olimpiakos"(Yunanıstan), "Budyo Qlimt" (Norveç) və "Elfsborq"la (İsveç) qarşılaşacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC