"Səbail" Misli Premyer Liqasının V turunda səfərdə "Turan Tovuz"a 0:1 hesabı ilə məğlub olub.
Presssport.az xəbər verir ki, "dəniçzilər"in baş məşqçisi Şahin Diniyev matçdan sonra keçirilən mətbuat konfransına görüşü dəyərləndirməklə başlayıb.
- Rəqibi təbrik edirəm. "Turan Tovuz" nəticəyə oynamağı bacaran komandadı. Birinci hissədə rəqib, ikinci hissədə isə biz yaxşı oynadıq. Futbolçularımla fəxr edirəm. Əlimizə düşən fürsətləri qola çevirə bilmədik. Maraqlı oyun alındı, son dəqiqəyə kimi mübarizə getdi. Bu gün 1 xala layiq idik. Amma artıq gecdi. Oyundan-oyuna daha yaxşı olacağıq.
- Komandalar arasında səviyyə fərqiylə bağlı olan reallıqları nəzərə alsaq, məğlubiyyəti normal hesab edirsiniz?
- Azarkeş təzyiqi ilk dəqiqələrdən bizə təsir etdi. Heyətimizin əksəriyyəti gənc oyunçulardı. Bu da onlara təsir edir. Aciz deyilik. Bu gün hansı nəticə olsaydı da, komandadan narazı qalmayacaqdım. Bərabər oyun getdi.
- Sizcə, komanda doğru yoldadı?
- Gənclərdən razısınızz?
- Hamısından razıyam. Bir neçə oyunçu komandamıza I Liqadan gəlib. Amma özlərini yaxşı tərəfdən göstərə bilirlər.
- "Turan Tovuz"un heyəti ötən mövsümlə müqayisədə demək olar ki, dəyişməyib. Sizcə nə baş verdi ki, bu komanda 5 oyunda qol buraxmadan lider oldu?
- Çox səbəb var. Bunu onlar yaxşı bilər. Kurban Berdıyev tanınmış məşqçidir. Onunla yaxşı münasibətim var. Oynatdığı futbol daha çox etibarlı müdafiəyə köklənib. Əlində olan mərkəz müdafiəçiləri çox yüksək səviyyədədi. Berdıyevə uğurlar arzulayıram. "Turan Tovuz"da baş məşqçinin işi - Kurban Bekiyeviçin əli aşkar görünür.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC