Berdıyev narazı qalıb: "İkinci hissədə nə hücumda, nə də müdafiədə yaxşı oynadıq"

"Turan Tovuz" Misli Premyer Liqasının V turunda doğma meydanda "Səbail"i 1:0 hesabı ilə məğlub edib.

Presssport.az xəbər verir ki, Qərb təmsilçisinin baş məşqçisi Kurban Berdıyev matçdan sonra keçirilən mətbuat konfransına oyun haqda danışmaqla başlayıb. 

- Oyuna pis başladıq. İlk 15 dəqiqə ərzində üstünlüyü rəqibə verdik və bütün mövqeləri uduzduq. Sonra hissənin axırına kimi vəziyyəti yaxşılaşdırdıq. 1-dən çox da qol vura bilərdik. İkinci hissədən razı qalmadım. Nə hücumda, nə də müdafiədə yaxşı oynadıq. Səbəbini axtaracağıq. Bu, ya qol buraxmaq qorxusundandı, ya da başqa psixoloji məqamdı.

- Fərid Yusifli kobud səhvə yol verdi və buna eriaz olaraq meydana daxil oldunuz. Sizcə, Premyer Liqada oynayan futbolçu belə səhvə yol verə biıər?

- Narazılığım Fəridə yox, Şəhriyara idi. Şəhriyar həmin məqamda ona ötürmə verməli deyildi. Fərid də daha rahat oyunamalı idi.

- "Turan Tovuz"un tarixində ilk dəfə milliyə oyunçular dəvət olundu. Buna münasibətiniz necədi və baş verən tarixi hadisədə öz rolunu necə görürsünüz?

- İlk dəfə olduğunu bilmirdim. Xoş hisslər keçirirəm ki, həm gənc komandalara, həm də əsas milliyə futbolçularımız dəvət olunub.

- Sizin üçün nəticə önəmlidi, yoxsa baxımlı futbol? "Turan Tovuz"un baxımlı futbol oynadığını düşünürsünüz?

- İstənilən məşqçi üçün ilk növbədə nəticə önəmlidi. Amma tapşırıqları yerinə yetirmirsənsə, nəticələr daimi olmaz. Bu gün qələbə var. ammma istədiyimiz kimi oyun olmadı. İstənilən halda qələbə qələbədi. Çünki azarkeşlər bundan zövq alır.

- Bura gələndə inanırdız ki, 5 turdan sonra qol buraxmadan lider olacaqsınız? Yoxsa fərlqi ssenari gözləyirdiniz?

- Bu haqda dəqqi bir şey bilmərəm. Azərbaycan futbolu haqda məlumatım yox idi. Futbolçulalar təşəkkür edirəm. Onların sayəsində bu nəticələr əldə olunur.

- Milli fasilə komandanı tonusdan sala bilər?

- Yox. İstənilən halda fasilə lazımdı. Bu bizə vaxt verəcək ki, səhvlərimizin üzərində işləyək.

- Transfer gözlənilir?

- Hələ ki dəqiq bir şey yoxdur. Bu sualları mənə yox, rəhbərliyə ünvanlayın.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC