"Araz-Naxçıvan" Misli Premyer Liqasının V turunda səfərdə "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib.
Presssport.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin məşqçisi Rasim Ramaldanov matçdan sonra keçirilən mətbuat konfransında ilk olaraq qələbəni şərh edib.
- Sumqayıtda oynamaq həmişə xoşdu. Dinamik və hücum futbolu oldu. Futbolçularımıza təşəkkür edirəm, yaxşı oynadılar. Qoldan sonra bir az geriyə çəkildik. Bəzi şeylər alınmırdı. Amma qələbə həmişə yaxşıdı.
- Hesabda önə keçəndən sonra sanki komanda arxayınlaşır. Bunun səbəbi nədi?
- Bu, bizə siqnal oldu. Komanda qol vurandan sonra müdafiəyə “oturur”. Vaxtımız var. Bunun üzərində işləyəcəyik. Qoldan sonra da dinamik futbol oynamağa çalışacağıq.
- Milli fasilə komandaya necə təsir edəcək?
- Yaxşı və ya pis olacağı bilinmir. Nöqsanlarımız çoxdu. Yeni oyunçular bir-birinə uyğunlaşmayıb. Çalışacağıq ki, nöqsanları aradan qaldıraq. Fasilə bxeyrimizə olacaq.
- Qarşınıza hansı hədəf qoyulub?
- Konkret hədəf qoymayıblar. Amma bacardığımızın ən yaxşısını etmək istəyirik. Avrokuboklara vəsiqə alınsa, lap yaxşı olar. Alınmasa da, yolumuza davam edəcəyik.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC