"Sumqayıt" Misli Premyer Liqasının V turunda doğma meydanda "Araz-Naxçıvan"a 0:1 hesabı ilə məğlub olub.
Presssport.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransına oyun haqda fikirlərini bildirməklə başlayıb:
- Rəqibi təbrik edirəm. Oyun elə gedirdi ki, ya heç-heçə olacaqdı, ya da kimsə bir qol vurub qələbə qazanacaqdı. Meydanda mübarizə var idi. Həddən çox mübarizə olanda da futbol ikinci plana düşür. Qol buraxandan sonra çalışdıq ki, oyunu əla alaq, amma olmadı. Növbəti matçlara hazırlaşacağıq.
- Yeni transferlər gözləntiləri doğrultmur. Bu, nə vaxta qədər davam edəcək?
- Düzələnə kimi. Futbolçular yeni gəlib, onlara da zaman lazımdı. Biz də istəyirik ki, yeni gələnlər komandaya uyğunlaşsın. Yəqin, milli fasilə bizə kömək olacaq.
- Mübarizəni keyfiyyətə çevirmək üçün nə çatmır?
- Roy Kehatın yoxluğu özünü göstərirdi. Hücumda "dişli" deyilik. Buna görə də keyfiyyətə çevirə bilmirik.
- Rövlan Muradovun problemi nədi?
- Niyə problem oldun ki? Həmin mövqedə rəqabətsiz oynayır. O mövqe üçün Sərtan Taşkını gətirdik. O da hələ hazır deyil. Rövlan topu itirəndən sonra danışmağa çox vaxt ayırır, nəinki qacmağa. Buna görə əsəbiləşdim. Onun top itkisi qolla nəticələndi. Onu başa salacağıq, cəzasını da alacaq. Keçənilki zədədən sonra özünə gələ bilmir. Belə davam edə bilməz. Həmin mövqeyə rəqabət gətirmək lazımdı.
- Komanda Konfrans Liqasına vəsiqə qazananda hamı düşünürdü ki, hazır futbolçular gələcək. Amma indiki vəziyyət o deyil…
- Sırf maliyyə ilə bağlıdı. Çempionatı davam edən ölkədən hazır oyunçunu gətirmək üçün klubuna pul verməlisən. Biz də bunu edə bilmirik. Maliyyə baxımından uyğun olanları gətiririk. Məşqçi kimi bu məsələdə bacaracağım bir şey yoxdu.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC