“Qarabağ”ın rəqibi əzmkar qələbəyə sevindi

Fransa çempionatında III turun oyunları keçirilir. 

Presssport.az xəbər verir ki, Avropa Liqasında “Qarabağ”ın rəqibi olan “Lion” “Strasburq”u qəbul edib. 

Meydan sahibləri matçın gedişində 1:3 hesabı ilə geri düşməsinə baxmayaraq, əzmkar qələbə qazanmağı bacarıb. 

“Lion” - “Strasburq” - 4:3
Qollar: Nanasi, 3 (0:1), Tolisso, 45+2 (1:1), Santos, 48 (1:2), Emeqha, 58 (1:3), Maitland-Niles, 61 (2:3), Orban, 63 (3:3); 72 (4:3)

Bununla da cari mövsümdə ilk qələbəsini qazanan “Lion” 3 xalla 11-ci pillədə qərarlaşıb. 

Xatırladaq ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Lion”u Bakıda qəbul edəcək. Oyunun dəqiq tarixi avqustun 31-də açıqlanacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC