Dörd Olimpiya çempionu Qusada yeni cüdo mərkəzinin açılışında iştirak edib

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşəbbüsü ilə Qusarda yeni Cüdo Təlim Mərkəzi açılıb.

Presssport.az-a ACF-nin mətbuat xidmətindən verilən məlumata görə, açılış mərasimində Olimpiya çempionları Nazim Hüseynov, Elnur Məmmədli, Hidayət Heydərov, Zelim Kotsoyev, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu, federasiya nümayəndələri və digər rəsmi şəxslər iştirak edib.

Onlar mərkəzdə yaradılan şəraitlə tanış olub. Mərkəz 520 kv.m sahəni əhatə edir və 250 kv.m sahəsi olan cüdo və fiziki hazırlıq zallarını əhatə edir. Əsas zal Beynəlxalq Cüdo Federasiyasının rəsmi təchizatçısı olan Almaniyanın Zebra şirkətinin tatamiləri ilə təchiz olunub. Fiziki hazırlıq zalı da bütün lazımi avadanlıqlarla təchiz edilib.

Binada gözləmə zalı, məşqçi otağı, paltardəyişmə otaqları da mövcuddur. Bundan əlavə, mərkəzin ətrafında geniş abadlıq işləri aparılıb.

Azərbaycan Cüdo Federasiyasının işində əsas istiqamətlərdən biri regionlarda cüdonun inkişafı və infrastrukturun yaxşılaşdırılmasıdır. 2022-2024-cü illərdə ACF Gəncə, Ağstafa, Zaqatala, Goranboy, Zəngilan rayonunun Ağalı kəndi, Sabirabad, Bakının Zirə qəsəbəsi və Sumqayıtda cüdo zalları açıb.

Rəşad Rəsullu bildirib ki, ACF üçün regionlarda maddi-texniki bazanın yaxşılaşdırılması və ölkədə cüdonun ümumi inkişafı çox vacibdi: “Bu, bizim fəaliyyətimizin əsas istiqamətidir. 2022-ci ildən etibarən Bakı və regionlardakı 90 idman zalına federasiya tərəfindən təxminən 6500 tatami verilib və 1300 gənc idmançıya pulsuz məşq etmək imkanı yaradılıb. Yaxın gələcəkdə cüdo zalları digər regionlarda da açılacaq. Bu istiqamətdə iş federasiyanın qəbul etdiyi proqram əsasında aparılır. Xüsusi diqqət böyük potensiala malik, lakin indiyə qədər cüdo bölmələrinin olmadığı regionlara yönəldilib. Yaxın gələcəkdə Cəlilabad, Şabran, İmişli və digər regionlarda yeni zalların tikintisi planlaşdırılır".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC