Adil Şükürovla gedənlər, Xaliq Mərdanovla gələnlər

“Kəpəz”də baş məşqçi Adil Şükürovla özüylə gətirdiyi köməkçiləri gedib.

Presssport.az xəbər verir ki, bunlar əsas köməkçisi İlyas Qurbanovla qapıçılarla işləyən Elşad Tahirovdu.

Gəncəli köməkçilər Zaur Əsədovla İlkin Verdıyev qalıb. Sadəcə, sonuncu cəzalı olduğundan xeyli müddət “texniki zona”da olmayacaq.

Gəncə təmsilçisini bu oyuna çıxaran əvəzedici komadanın baş məşqçisi Xaliq Mərdanov köməkçiləri Vasif Vəliyev və qapıçılarla işləyən Vüqar Məmmədovla birgə gəlib.

Onu da bildirək ki, “Kəpəz” yollarını ayırdığı Adil Şükürovu milli fasiləsində Azər Bağırovla əvəzləyəcək. O, “Sabah”la bugünkü matçda Tovuz şəhər stadionunda izləyəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC