Qriqorçuk düzgün yolda olduqlarını sayır: "Hazırkı heyətlə toplanışına öncədən başlasaydıq, indi 300 faiz daha da yaxşı oynayardıq"

"Neftçi" Misli Premyer Liqasının V turunda səfərdə "Şamaxı" ilə 0:0 hesablı heç-heçə edib.

Presssport.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb 

- Nəticə bəllidir. Oyundan necə, razı qaldınız?

- Təsdiqləyirəm ki, nəticədən narazı qaldım. Amma yaxşı olmaq potensialımız var. Oyunçularımızın çoxu komandaya tam inteqrasiya olmayıb. Bu cəhətdən “axsamalar”ımız var.

- Əvvəlki 4 oyunla müqayisədə bu gün müsbətə doğru hansı elementləri sezdiniz və bu oyun azarkeşlərə ümid verə bilər?

- Birmənalı deyərəm ki, bugünkü və əvvəlki oyunları nəzərə alsaq, fərq böyükdü. Çünki bu gün qol epizodları yaratdıq. Onları vurmalıydıq. Ancaq onları vurmağa layiq deyildik.

- 5 oyuna cəmi 2 qol vurmusunuz. Bu haqda nə deyəcəksiz? 

- Bu gün çox qol vura bilərdik. Amma yaradılan şanslardan yararlana bilmədik. Çətinliyimiz bunda idi.

- Milli komandanın oyunlarına görə fasilə yaranacaq. Bu barədə fikriniz necədir?

- Bizim üçün bu fasilə çox vacibdi. Komandamızın daha da yaxşı komplektləşməsi üçün belədi. Obyektiv səbəblərə görə tam olaraq işləyə bilmədiyimiz faktorların üzərində fasilədə çalışacağıq. Bunların üzərində işləmək istəyirik. İstəyirik ki, komandamız daha da sərt şəkildə hücumlar yaratsın. Bu gün bir neçə epizodda bunu görə bildik. Amma daha yaxşısını görmək istəyirik.

- Avropada adətən görmüşük ki, növbəti mövsümün hazırlığı, heyətin komplektləşməsi daha erkən baş verir. “Neftçi”də isə mövsüm başlayıb, yeni-yeni transferlər gəlir, adaptasiya gedir. Bunları yayda yekunlaşdırıb, yay toplanışınıza tam heyətlə getməyinizə nə mane oldu?

- Hazırkı heyətlə toplanışına öncədən başlasaydıq, indi 300 faiz daha da yaxşı oynayardıq, daha yaxşı çıxış edərdik. Amma bəzi səbəblər var ki, bilirik, bəzilərini bilmirik. O səbəblərə görə belə başlamalı olduq. Şükürlər olsun ki, düzgün yoldayıq, düzgün yanaşmadayıq. Ümid edirəm ki, qarşıdakı günlərdə zədəlilərimiz də bizimlə ilə birlikdə olacaq və komandanı istədiyimiz kimi komplektləşdirəcəyik. Unutmaq olmaz ki, 3-4 aparıcı oyunçumuz zədəlidir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC