"Sabah" Misli Premyer Liqasının V turunda səfərdə autsayder “Kəpəz” üzərində 3:2 hesablə əzmkar qələbə qazanıb.
Presssport.az xəbər verir ki, Masazır təmsilçisinin xorvatiyalı baş məşqçisi Krunoslav Renduliç matçdan sonra keçirilən mətbuat konfransına görüşü dəyərləndirməklə başlayıb.
- Oyuna çox pis başladıq. Demək olar ki, ilk 15 dəqiqədə 2 qol buraxdıq. Nəyisə 100 faiz istəmirsənsə, nəticələr belə alınır. Həyatda da belədi. Rəqibin 2-ci qolundan sonra istədiyimiz kimi oynamağa başladıq. İkinci hissədə mükəmməl idik, 3 qol vurduq. Daha 3 qol vura bilərdik. İki fərqli hissə oldu. İlk yarıda çox bərbad, ikinci hissədə mükəmməl oyun sərgilədik. Bu gün 3 xala layiq idik.
- Uzun zamandır müdafiə və hücumda balans olmadığı görünür. Bunu nə ilə əlaqələndirirsiniz?
- Bilirdik rəqib necə oynayacaq. Buna qarşı hazırlaşmışdıq. Meydanda hər situasiyaya düzgün yanaşmaq lazımdır. Futbolçu gözləyir ki, komanda yoldaşım yerimə hərəkət edəcək. Buna görə də 2 qol buraxdıq. Amma vaxtında başa düşdük ki, davranışımızı dəyişməliyik. Qarşıdakı matça belə yanaşsaq, qalib gələ bilməyəcəyik. Bu, bizim üçün yaxşı dərs oldu.
- Komanda avrokuboklardakı uğursuzluqdan sonra yaşanan psixoloji enişdən çıxa bilib?
- Əlbəttə ki, qələbələr bizi psixoloji gərginlikdən çıxarır. Bu, bütün komandalarda belədi - "Real"da da, "Sabah"da da.
- Milli fasilə müdafiədəki problemlərin həll olunmasına kömək olacaq?
- Bəli, ola bilər. Amma buraxdığımızdan daha çox qollar vurmuşuq. Bu, müdafiədəki məsuliyyətdən irəli gəlir. Nə qədər arxayın olsalar, qollar buraxacağıq. Müdafiəçilər oyuna daha yaxşı köklənməlidir. Süni örtükdə oynamaq asan deyil. Bütün komandalar təbii örtükdən süniyə keçəndə çətinlik yaşayır.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC