Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) ilə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) arasında əməkdaşlıq memorandumu imzalanıb.
Presssport.a AMADA-nən mətbuat xidmətinə istinadən xəbər verir k7, müqaviləni ASAPES-in rektoru Fuad Hacıyev və AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə imzalayıblar.
ASAPES-də təşkil olunan tədbirdə hər iki qurumun eyni auditoriyaya xidmət etdiyini bildirən F.Hacıyev əməkdaşlığın əhəmiyyətini yüksək qiymətləndirib: “Əsas hədəfimiz təmiz idmanı təbliğ etmək və bu istiqamətdə birgə maarifləndirmə proqramları təşkil etməkdir. İnanıram ki, yeni əməkdaşlıq ölkəmizdə təmiz idman prinsiplərinin genişlənməsinə yeni imkanlar açacaq”.
AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə əməkdaşlığın birgə elmi araşdırmaların təşkil olunmasına, təmiz idman naminə yeni layihələrin gerçəkləşməsinə, uğurlu antidopinq siyasətinin təmin edilməsinə, peşəkar kadrların hazırlanması və ixtisasartırma təlimlərinə cəlb olunmasına köməklik göstərəcəyini bildirib: “Memorandum idman tibbi və fiziologiyası, eləcə də dopinq nəzarəti, idmanda dopinqə qarşı mübarizənin gücləndirilməsi və bu mövzuda maarifləndirmə sahələrinin inkişafı üzrə birgə fəaliyyət quraraq qarşılıqlı nəticələrə nail olmaq məqsədi daşıyır”.
Sonra AMADA-nın əməkdaşları ASAPES-in nəzdində fəaliyyət göstərən Elmi-tədris laboratoriyası və Media mərkəzi ilə tanış olublar.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC