"Kəpəz" Misli Premyer Liqasının V turunda öz meydanında "Sabah"a 2:3 hesabı ilə məğıub olub.
Presssport.az xəbər verir ki, Gəncə təmsilçisinin məşqçisi Xaliq Mərdanov oyundan sonra təşkil olunan mətbuat konfransına matç haqda fikirlərini bildirməklə başlayıb.
- Rəqibi qələbə münasibətilə təbrik edirəm. Komandanı 3 günə hazırlamışam. Bu müddət ərzində çox böyük iş görməmişik. Sadəcə, motivasiyanı qaldırmışıq. Çalışırdıq ki, əks-hücumda oynayaq. İstəyimizə nail olmuşduq. Sadəcə, təcrübə çatmadı ki, üstünlüyümüzü qoruyaq.
- Komadanın daxilində ola bildiniz. Sizcə, əsas problemi nədi?
- Elə böyük problem görmədim. Futbolçularda bir az ruh düşkünlüyü var. Onlara bildirdim ki, özlərinə inanmalıdırlar.
- Bu gün heç olmasa 1 xaal qazanmalı idiniz. 2 top fərqli üstünlüyünüzü qoruya bilməməyinizin əsas səbəbi nədi?
- Bütün fubolçularsan razıyam. Hamı əlindən gələni etdi. Bayaq da dediyim kimi, təcrübə çatmadı. Rəqib daha təcrübəli olduğu üçün bizi cəzalandırdı. Onların ustalıq səviyyəsi də bizdən üstün idi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC