"Qarabağ"ın rəqibləri İsveç çempionatında 7 qol vurdu, 4 xal qazandı

Avropa Liqasında "Qarabağ"ın rəqibləri olan "Malmö" və "Elfsborq" İsveç çempionatında XXI turun oyununa çıxıb.

Presssport.az xəbər verir ki,  "Malmö" öz meydanında “Yurqorden”ə 4 cavabsız qolla qalib gəlib. "Elfsborq" isə səfərdə "Brommapoykarna” ilə 3:3 hesablı heç-heçə edib.

"Malmö" - "Yurqorden" - 4:0

Qollar: Bolin, 9, Kristansen, 20, Une-Larsson, 22, Telin, 80

"Brommapoykarna” - "Elfsborq" - 3:3

Qollar: Vasik, 7, Andersson, 34, Yensen, 85 - Kayb, 28, Baydoo, 68, Hedlund, 90+1

Onu da bildiriək ki, "Malmö" 48 xalla liderdi. "Elfsborq" isə 33 xalla 6-cı pillədə qərarlaşıb. Xatırladaq ki, "Qarabağ" "Malmö" ilə oktyabrın 3-də evdə, "Elfsborq"la dekabrın 11-də səfərdə qarşılaşacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC