"Turan Tovuz"un qapıçısı bunu edən 2-ci əcnəbi qapıçı oldu - Azərbaycan Premyer Liqasında

"Turan Tovuz" Misli Premyer Liqasının ilk 5 turunda qol buraxmayıb.

Presssport.az xəbər verir ki, Kurban Berdıyevin komandası yalnız “Neftçi” ilə matçda xal itirib – 0:0.

Qərblilər ardınca “Sumqayıt”, “Qarabağ” və “Səbail”i 1, “Kəpəz”i 3 cavabsız qolla məğlub edib. Ölkə çempionatlarının 32 illik tarixində 7-ci dəfə bir komanda ilk 5 matçında qol buraxmayıb. Buna ilk dəfə 1993/94 mövsümündə Bakı “İnşaatçı”sı nail olub. “Xəzri” 1995/96, “Dinamo” (sonrakı “Bakı”) 1998/99 mövsümündə bunu bacarıb. Yalnız bir komanda – “Xəzər Lənkəran” startda 2 belə seriyaya imza atıb: 2007/08 və 2010/11 mövsümlərində.

“Turan Tovuz”dan öncə 5 start oyununda qol buraxmayan sonuncu komanda “Qəbələ” olub. 2016/17 mövsümündə Dmitri Bezotosnı çempionatın ilk 5 turunda qol buraxmayan ilk legioner qapıçı kimi tarixə düşüb. “Turan Tovuz” tarixə 7-ci seriyanın müəllifi kimi düşübsə, İvan Konovalov Bezotosnıdan sonra bunu Azərbaycan Premyer Liqasında gerçəkləşdirən 2-ci əcnəbi qolkiper olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC