Stolüstü tennisçilərimiz Xaçmazda təlim-məşq toplanışına qatılıb

Azərbaycanın 2014-cü il və daha kiçik təvəllüdlü stolüstü tennisçiləri növbəti təlim-məşq toplanışına qatılıb.

Presssport.az Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Xaçmaz Olimpiya İdman Kompleksində keçiriləcək hazırlıq prosesində 8 oğlan, 8 qız iştirak edir.

Onlar sentyabrın 8-nə kimi məşqçilər Qulu Quliyev, Zakir Cavadov, Məryəm İmanova və Billurə Eminovanın rəhbərliyi ilə bacarıqlarını artıracaq. Təlim-məşq toplanışı seçim əsasında formalaşmış heyətin beynəlxalq yarışlara hazırlığı məqsədi ilə təşkil olunub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC