Paris-2024: Saley bu dəfə finala yüksələ bilməyib

Azərbaycanın paraüzgüçüsü Roman Saley Paris-2024 Yay Paralimpiya Oyunlarında finala yüksələ bilməyib.

Presssport.az xəbər verir ki, o, 50 metr məsafəyə sərbəst üsulla üzməkdə mübarizə aparıb.

S12 kateqoriyasında yer alan Saley 24,39 saniyə ilə 9-cu olub. İdmançımız ilk "8-liy"ə düşə bilmədiyi üçün finala vəsiqə qazanmayıb.

Xatırladaq ki, Saley 100 metr məsafəyə arxasıüstə üzməkdə gümüş mükafat əldə edib. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC