“Kəpəz” Azərbaycan çempionatlarında 1000-ci qolunu vurub.
Presssport.az xəbər verir ki, bu, Misli Premyer Liqasının V turuna təsadüf edib.
“Sabah”la Tovuz şəhər stadionunda keçirilən ev oyununda 2:3 hesabı ilə uduzan Gəncə təmsilçisinin bu mövsüm üçün ilk qolu yubiley xarakteri daşıyıb.
“Kəpəz”in 1000-ci qolunu Viktor Braqa vurub. Bu rəqəmi 1001-ə də çatdıran gəncəlilər 651-ci oyununda buna nail olub. Komandanın orta məhsuldarlığı 1,54-ə bərabərdi. “Kəpəz” evdə 619, səfərdə 372, neytral meydanda 10 qola sevinib.
Gəncə təmsilçisi Azərbaycan çempionatları tarixində 1000 və daha çox qol vuran 3-cü komandadır. Yalnız “Neftçi” və “Qarabağ” daha çox fərqlənib.
Xatırladaq ki, “Kəpəz”in ilk qolunu 1992-ci il mayın 3-də, “Turan”la ev oyununun (2:1) 21-ci dəqiqəsində Cavid Əhmədov vurub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC