"Neftçi"nin qadınlardan ibarət komandası heyətini 10 futbolçu ilə gücləndirib.
Presssport.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.
Heyətə cəlb olunan oyunçular qapıçı Aytac Şərifova (sonuncu klubu “Trabzonspor”, Türkiyə), müdafiəçilər Alina Nəhmədova (“Sumqayıt”), Fidan Cəfərova (“Baku Juniors”), Sevgi Sevin Ergen (“Trabzonspor”, Türkiyə), Güzide Alçu (“Amedspor”, Türkiyə), yarımmüdafiəçilər Eda Nur Özbay (“Bornova Hitab Spor”, Türkiyə), Meryem Küçükbirinci (“Trabzonspor”, Türkiyə), Şehriban Dülek (“Amedspor”, Türkiyə), Vüsalə Seyfəddinova (“Olimpiada İmittou”, Yunanıstan) və hücumçu Xanım Əsədovadı (“Sabah”).
Siyasət Əsgərovun komandası Çempionlar Liqasının I mərhələsində qarşılaşacağı Avstriyanın “Sankt-Pölten” klubu ilə matçın hazırlığını davam etdirir.
Xatırladaq ki, sentyabrın 4-də Gürcüstanın Tsxaltubo şəhərində təşkil olunacaq oyun saat 18:00-da başlayacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC