"Neftçi"nin sabuq hücumçusu Kadiylə komanda yoldaşı olur

“Partizan”ın hücumçusu Mateus Saldanya klubunu dəyişəcək.

Presssport.az xəbər verir ki, 25 yaşlı braziliyalı futbolçunun karyerasını Macarıstanda davam etdirəcəyi bildirilir. 

Belə ki, Saldanya bu ölkənin son çempionu "Ferentsvaroş"a keçəcək. Mateusun transfer ilə bağlı klublar arasında razılıq əldə olunub.

Saldanya 2023/24 mövsümünün 2-ci yarısında "Neftçi"də çıxış edib. "Sambaçı" Bakı təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, “Ferentsvaroş”da "Qarabağ"ın sabiq legionerləri Kadi Borgeslə Ovusu Kvabena çıxış edir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC