Azərbaycan boksçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevo və Serbiyanın Subotiça şəhərlərindəki beynəlxalq turnirdə 4 medal qazanıb.
Presssport.aZxəbər verir ki, yığmanın məşqçisi Elvin Məmişzadənin rəhbərliyi altında yarışlara qatılan təmsilçilərimiz 2 gümüş və 2 bürünc medal əldə edib.
75 kq-da çıxış edən Abbasqulu Şadlinski Subotiçada 2-ci, Sarayevoda 3-cü yeri tutub. Bosniya və Herseqovinada Kənan Nəcəfov (92 kq) fəxri kürsünün 2-ci pilləsinə yüksəlib. Hüseyn Hüseynli (80 kq) isə eyni yarışı bürünc medalla başa vurub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC