Millimizin baş məşqçisi Qəbələdə seçim xarakterli məşqlər keçirib

Voleybol üzrə yeniyetmə, gənc oğlanlardan ibarət milli komandaların baş məşqçisi Cahangir Seyed Abbasi tərəfindən Qəbələ Olimpiya İdman Kompleksində seçim xarakterli məşqlər keçirilib.

Presssport.az xəbər verir ki, baş tutan məşqlərdə “Oğuz”, “Tovuz” və “Gəncə” Regional Voleybol Klublarının, eləcə də RVK-lara daxil olan ətraf bölgələrin 2010-2011 və 2012-ci il təvəllüdlü voleybolçuları iştirak edib.

20 idmançının qatıldığı məşqlərdə fərqlənən və müvafiq kriteriyalara cavab verən voleybolçuların qeydiyyatı aparılıb.

Onu da bildirək ki, bu seçimlərin aparılmasında əsas məqsəd 2010-2011 və 2012-ci il təvəllüdlü voleybolçulardan ibarət yığma komandaların formalaşdırılmasıdı. Belə seçim xarakterli məşqlər digər bölgələrdə də həyata keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC