"Çox şükür ki, bacardım, qızıl medalı qazandım”.
Presssport.az xəbər verir ki, bunu Paris-2024 Yay Paralimpiya Oyunlarının qızıl medalçısı Azərbaycan paraatleti Səid Nəcəfzadə deyib.
İdmançımız Paralimpiya Oyunlarında 2-ci dəfə iştirak etdiyini xatırladıb:
“Dörd il əvvəl Tokio-2020-də bürünc medal əldə etmişdim. Bu, məni Parisdə keçirilən Paralimpiya Oyunlarına daha da yaxşı hazırlaşmağıma təkan verdi. Çox çalışmışdıq. Bura gəlməzdən əvvəl dünya çempionu olmuşdum. Bu da məni favoritlər arasında göstərirdi. Bunun üçün də daha çox həyəcanlı idim”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC