Əvvəl Yan Dol Tomasson, sonra Fernandu Santuş

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sentyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - İsveç oyunu öncəsi təşkil olunacaq mətbuat konfransları və mətbuat üçün açıq məşqlərin vaxtı açıqlanıb.

Presssport.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Hər iki tədbir qarşılaşmanın reallaşacağı arenada baş tutacaq.

4 sentyabr

İsveç milli komandası

17:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

18:15. Mətbuat konfransı

Azərbaycan milli komandası

18:45. Mətbuat konfransı

19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Onu da bildirək ki, İsveç millisini danimarkalı mütəxəssis Yon Dal Tomasson, Azərbaycan yığmasını portuqaliyalı Fernando Santuş çalışdırır.

Xatırladaq ki, Azərbaycan - İsveç oyunu sentyabrın 5-də saat 20:00-da başlayacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC