21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Lüksemburq - Azərbaycan oyununun hakim təyinatları açıqlanıb.
Presssport.az AFFA-nın saytına istinadən xəbər verir ki, matçı İsveçrədən olan hakimlər briqadası idarə edəcək.
Belə ki, oyunun baş hakimi qadın referi Desiree Qrundbaxer olacaq. Ona yan xətdə Mattias Sbrissa və Quillaume Maire kömək edəcək. Dördüncü hakim funksiyasını isə Anojen Kanaqasinqam yerinə yetirəcək.
Xatırladaq ki, görüş sentyabrın 6-da Eş-syur Alzett şəhərində yerləşən “Emile Mayrisch” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC