"Araz-Naxçıvan" növbəti transferini açıqladı

“Araz-Naxçıvan” daha bir futbolçu ilə anlaşıb.

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İssouf Paro bu gün tibbi müayinədən keçib və onunla 1 illik müqavilə imzalanıb.

Burkina Fasodan olan 29 yaşlı mərkəz müdafiəçi karyerasına Vətənində “Ouagadougou”da başlayıb və müxtəlif illərdə Cənubi Afrikanın “Santos”, Fransanın “Çamois Niort”, “Concarneau” komandalarında çıxış edib.

Xatırladaq ki, Naxçıvan təmsilçisi bu yay Urfan Abbasov, Ülvi İsgəndərov, Ömər Buludov, Tərlan Əhmədli, Turan Vəlizadə, Karlos Jatoba, Bəxtiyar Həsənalızadə, Bernardo Oliveira Dias, Felipe Santos, Ramon Maçado və Slavik Alxasovu da heyətinə cəlb edib.    

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC