"Komandamız mübarizəyə 2-ci mərhələdən başlayacaq. Bu mərhələdə asan rəqib olmur. Amma mümkün rəqiblər arasında ən çətin rəqiblə oynayacağımızı deməliyəm".
Presssport.az xəbər verir ki, bu sözləri "Sabah”ın U-19 komandasının baş məşqçisi Adino Mustedanaqiç deyib.
Xorvatiyalı mütəxəssis UEFA Gənclər Liqasında qarşılaşacaqları “Bazel”i (İsveçrə) dəyərləndirib: "Bazel" gənclərlə işə xüsusi önəm verən klubdu və İsveçrədə ən yaxşı futbol akademiyalarından birinə malikdi. Artıq bu komanda ilə oyunun hazırlıqlarına başlamışıq. Bu cür güclü rəqiblə düşməyimiz bizim üçün sürpriz olmadı. Klub olaraq bu oyunları səbirsizliklə gözləyirik".
Xatırladaq ki, "Sabah"la "Bazel" arasındakı ilk matç oktyabrın 23-də İsveçrədə, cavab oyunu isə noyabrın 6-da Azərbaycanda olacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC