"Qarabağ" Kaşukun transferini açıqladı

"Qarabağ" son olaraq Ukraynanın “Şaxtyor” (Donetsk) klubunda çıxış edən Aleksey Kaşukun transferini açıqlayıb.

Presssport.az xəbər verir ki, müqaviləsi bitdikdən sonra azad agent statusu daşıyan 24 yaşlı sağ cinah yarımmüdafiəçi ilə 3 illik sözləşmə imzalanıb.

Ukraynanın “Şaxtyor” (Donetsk) klubunun yetirməsi olan Kaşuk 2019-22-ci illərdə icarə əsasında ölkəsində “Mariupol”un, 2022/2023 mövsümündə isə Azərbaycanda “Sabah”ın formasını geyinib. Ukraynanın aşağı yaş qrupları üzrə bütün yığmalarında çıxış etmiş yarımmüdafiəçi 2019-cu ildə 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçirilən dünya çempionatının qalibi olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC