Paris-2024: Azərbaycan Yay Paralimpiya Oyunlarında növbəti qızıl medalını yeni dünya rekordu müəyyənləşdirməklə qazanıb

Azərbaycanın paraatleti Lamiyə Vəliyeva Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında yeni dünya rekordu müəyyənləşdirərək qızıl medal qazanıb.

Presssport.az xəbər verir ki, təmsilçimiz T13 kateqoriyasında 100 metr məsafəyə qaçışda uğurlu nəticəyə imza atıb.

Belə ki, 11.76 saniyə nəticə ilə finiş xəttini 1-ci keçən Vəliyevə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İdmançımız bununla da Rio-2016 Paralimpiadasında 11,79 saniyə nəticə ilə ən yaxşı göstəriciyə malik olan Leilia Adjametovanı (Ukrayna) qabaqlayaraq yeni dünya rekordu müəyyənləşdirib.

On6 da bildirək ki, Lamiyə Tokio-2020-də 400 metr məsafəyə qaçışda qızıl medal qazanmışdı.

Xatırladaq ki, Azərbaycan yığması Paris-2024 Yay Paralimpiya Oyunlarında 3 qızıl, 1 gümüş və 1 bürünc medal əldə edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC