"Zirə" aparıcı futbolçusunu minimum 2 aylıq itirdi

"Zirə" aparıcı futbolçularından birini zədə üzündən itirib.

Klubdan Presssport.az-a verilən məlumata görə, qəsəbə təmsilçisi yayda heyətinə qatdığı Junior Martinsin xidmətindən minimum 2 ay yararlana bilməyəcək.

Belə ki, 24 yaşlı braziliyalı sol cinah yarımmüdafiəçi Premyer Liqanın IV turunda "Şamaxı" ilə Zirədəki görüşdə zədələnərək 30-cu dəqiqədə yerini Davit Volkova buraxmışdı. Rəqib müdafiəçinin zərbəsindən sonra ayağından xəsarət alan Junior 2 ay müalicə olunacaq.

Xatırladaq ki, bu yay “Kəpəz”dən gələn Martins 2027-ci il iyunun 15-nə qədər "Zirə"yə məxsusdu.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC