"Nyukasl"ın futbolçusu Bakıya gələn heyətdən çıxarılıb - onu "Qarabağ"ın məyus etdiyi əvəzləyib

UEFA Millətlər Liqasının C1 qrupunda Azərbaycan yığması ilə Bakıda keçiriləcək oyun öncəsi İsveç milli komandasında dəyişiklik olub. 

Presssport.az xəbər verir ki, yüngül zədəsi olan "Nyukasl"ın müdafiəçisi Emil Kraft heyətdən çıxarıldığından millimizlə matçda meydana çıxmayacaq. 

Onun əvəzinə yığmanın düşərgəsinə Bolqarıstanın "Ludoqorets" klubundan Edvin Kurtuluş dəvət olunub. Bu futbolçu isə 1 ay ərzində 2-ci dəfə Bakıya gələcək. Belə ki, Edvin klubunun heyətində Çempionlar Liqasının III təsnifat mıərhələsində “Qarabağ"la hər 2 matçda sonradan meydana çıxıb.  

Xatırladaq ki, Azərbaycan - İsveç matçı sentyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da keçiriləcək. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC