Sabir Zeynalov Parisdəki səhvlərindən nəticə çıxaracaq: "Əlimdən gələni edəcəm ki, Los-Ancelesdən qızıl medalla qayıdım”

“Psixoloji olaraq çox yaxşı vəziyyətdə idik. Təəssüf ki, Parisdə bəzi səhvlərimə görə çempion ola bilmədim. Bu səhvlərdən nəticə çıxarıb gələn yarışlarda daha yaxşı iştirak etmək lazımdı".

Presssport.az xəbər verir ki, bu sözləri parataekvondo üzrə Azərbaycan milli komandasının üzvü Sabir Zeynalov deyib.

İdmançımız Parisdə təşkil edilən Yay Paralimpiya Oyunlarında bürünc medal qazanmağın onun qürurverici bir hiss olduğunu vurğulayıb: “Los-Ancelesdə keçiriləcək Yay Paralimpiya Oyunlarında daha yaxşı nailiyyət əldə etmək, yəni çempion olmaq üçün çalışacam. Əlimdən gələni edəcəm ki, 2028-ci ildə Vətənə qızıl medal ilə qayıdım”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC