“Hazırlıq proseslərimiz - istər taktiki-texniki, istərsə də fiziki olsun - çox yaxşı keçib”.
Presssport.az xəbər verir ki, bu sözləri parataekvondo üzrə Azərbaycan millisinin baş məşqçisi Fərid Tağızadə Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, əziyyətlərinin bəhrəsini görüblər: “Hər döyüşə final kimi yanaşmışıq. Parataekvondoçularımız yarışlara çox yaxşı motivasiya olmuşdu ki, yaxşı da nəticə olub”.
Xatırladaq ki, Fransanın paytaxtı Parisdə təşkil edilən Yay Paralimpiya Oyunlarında 3 parataekvondoçu ilə təmsil olunan Azərbaycan yığmasının üzvləri ümumilikdə 2 medal əldə edib. Belə ki, İmaməddin Xəlilov (K44, 70 kiloqram) qızıl, Sabir Zeynalov (K44, 58 kiloqram) bürünc medal qazanıb. Millimiz yekun sıralamada yalnız Türkiyə yığmasından geri qalıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC