Millimizin futbolçusu Mahir Emreli yeni klubu “Nürnberq”də komanda ilə məşqlərə başlayıb.
Presssport.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.
Belə ki, bir müddətdir zədədən əziyyət çəkən 27 yaşlı hücumçu ilk dəfə kollektivlə məşqə çıxıb. O, daha sonra ikitərəfli oyunda da iştirak edib. Mahirdən başqa, Enriko Valentini, Yannik Hofmann və Yanni Serra da komanda ilə məşqlərə başlayıb.
II Bundesliqa təmsilçisinin baş məşqçisi Miroslav Kloze komandaya qoşulan futbolçulara görə sevindiyini bildirib: "Çox şadam ki, Mahir indi komandanın məşqlərində iştirak edir. Benni Qoller kollektivə tam uyğunlaşıb. Benjamin "Aue" ilə yoldaşlıq oyununda meydana çıxacaq. Mahirin oynaması isə hələ tezdi".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC