Bu gün “Neftçi”nin qadınlardan ibarət komandası Çempionlar Liqasında(ÇL) tarixi oyun keçirəcək.
Presssport.az xəbər verir ki, Siyasət Əsgərovun komandası Gürcüstanda Avstriyanın “Sankt-Polten” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
"Neftçi" üçün bu, ÇL-də, eləcə də ümumilikdə Azərbaycan üçün qadınlardan ibarət komandalar arasında Avropa yarışlarında debütü olacaq.
Bu cütün qalibi növbəti mərhələdə “Vlajniya” (Albaniya) – “Lançxuti” (Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq.
Matçlar sentyabrın 4-7-i aralığında keçiriləcək və qaliblər turnirin əsas mərhələsinə yeddi vəsiqənin oynanılacağı 2-ci tura yüksələcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC