Kəmaləddin Heydərov Paris-2024-də medal qazanan taekvondoçunu qəbul edib

Azərbaycan Taekvondo Federasiyasının (ATF) prezidenti Kəmaləddin Heydərov Paris-2024 Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Qaşım Maqomedovu (58 kq) qəbul edib.

ATF-dən Presssport.az-a verilən məlumata görə, Heydərov ölkəmizi Fransa paytaxtında uğurla təmsil etdiyi üçün taekvondoçunu təbrik edib və yeni uğurlar arzulayıb.

O, Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə idmanın digər sahələrində olduğu kimi, taekvondonun da geniş populyarlıq qazandığını vurğulayıb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın uğur qazanan idmançıları xüsusi təbrik etməsinin onları yüksək nəticələr göstərmələri üçün daha da həvəsləndirdiyini vurğulayıb.

Federasiya prezidenti Maqomedovun Plimpiadadakı çıxışını yüksək qiymətləndirərək, finaladək inamla irəlilədiyini, həlledici görüşdə zədəli halda belə dayanqdan çəkilmədiyini, əzmkarlıq nümayiş etdirdiyini deyib. O, finalda zədə problemi yaşanmayacağı halda taekvondoçunun Olimpiya çempionu olacağına da inam ifadə edib. Maqomedovdan növbəti yarışlarda, xüsusilə 2028-ci ildə keçiriləcək Los-Anceles Yay Olimpiya Oyunlarında uğur gözlədiyini bildirib.

Qaşim və məşqçilər korpusu göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib, növbəti yarışlarda da Azərbaycan bayrağını daim ucalarda dalğalandırmaq üçün bütün gücləri ilə çalışacaqlarını diqqətə çatdırıblar.

Xatırladaq ki, Maqomedov Paris-2024-də gümüş medal qazanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC