Azərbaycan Kikboksinq Federasiyasının (AKF) fəxri prezidenti, Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən gənclər və yeniyetmələr arasında dünya birinciliyində fərqlənən idmançılarla görüşüb.
Presssport.az AKF-in mətbuat xidmətinə istinadən xəbər verir ki, o, WAKO versiyası üzrə yarışda medal qazanmış kikboksçuları təbrik edib və onlara gələcək karyeralarında uğurlar arzulayıb.
Toplantıda AFK prezidenti Orxan Əliyev də iştirak edib. Qurum rəhbəri qazanılan uğurları yüksək qiymətləndirərək, qarşıdan gələn çempionat və birinciliklərdə idmançılara uğurlar arzu edib.
Onu da bildirək ki, Azərbaycan 64 kikboksçu ilə qatıldığı Macarıstandakı turnirdə 5 qızıl, 8 gümüş və 23 bürünc mükafata sahib çıxıb. 5 qızıl medalın 4-ü K1 versiyası üzrə əldə olunub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC