Yon Dal Tomasson Bakıdakı istidən çəkinmir: "Sabah mütləq qalib gəlməliyik"

İsveç milli komandası UEFA Millətlər Liqasının ilk turu çərçivəsində sabah Bakıda Azərbaycan yığması ilə qarşılaşacaq.

Presssport.az xəbər verir ki, qonaqların danimarkalı baş məşqçisi Yon Dal Tomasson matçdan öncə təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Millidə keçirdiyiniz dörd oyunda üç məğlubiyyət almısız, bir qələbəniz var. Siz nəyisə dəyişə bilmisiniz?

- Doğrudur, yeni başlamışıq. Gündən-günə daha yaxşı oynayırıq. Bu nəticələrin digər səbəbləri də komandada fərqli oyunçuları sınaqdan keçirməyimizdi. Önəmli olan odur ki, düzgün istiqamətdə irəliləyirik. Sabah mütləq qalib gəlməliyik. Komandamdan sabahkı oyunda istək, emosiya gözləyirəm. Həmçinin futbolçular qürurla çıxış etməlidi, çünki millidə oynayırlar. Soyuqqanlı olmaq və düzgün qərarlar vermək lazımdı. Oyuna maksimum köklənməliyik. Hazırda heyətə çalışdırdığım oyunçular yaxşı kollektivdi.

- Azərbaycan futbolu və Azərbaycan millisi haqda hansı məlumata sahibsiz?

- Rəqibin son period ərzindəki bütün oyunlarını izləmişik. Azərbaycan millisi evdə yaxşı oynayır. Avstriya və Belçika matçlarında demək olar ki, qol buraxmadılar, İsveçi 3:0 məğlub etdilər. Sabah belə nəticənin olmamasına çalışacağıq. İstəyirik ki, qalib gələk.

- Fernandu Santuşun komandaları daim ultramüdafiə olunur. Sabahkı oyunda iki hücumçu ilə oynayacaqsınız?

- Məqsədimiz futbol oynamaqdı. Söhbət daha çox hücumameyilli futboldan gedir. Federasiya ilə danışığımız da belə olub. Mən və komandam bunu istəyirik. Hücumla hər şey bitmir. Gərək düzgün balans tapaq. Sabahkı oyunumuzda kapitan Deyan Kuluşevski olacaq.

- Məşq prosesi necə gedir?

- Bəzi oyunçular milliyə gec qoşuldu. Rəqibin və öz oyunumuzla bağlı müzakirələrimiz olub. Sabah yaxşı futbol oynayıb, oyuna düzgün yanaşmaq istəyirik. Daha yaxşı olmalıyıq. 

- Sabah isti hava komandaya necə təsir edəcək?

- Sabah soyuq da ola bilərdi. Havanın temperaturu oyuna təsir edəcək faktor kimi görmürəm.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC