Emin Mahmudov İsveçə yenə qalib gəlməyin məqsədləri olduğunu açıqlayıb: "Heç vaxt klubdakı problemləri milliyə gərtirməmişəm"

Millimizin kapitanı Emin Mahmudov UEFA Millətlər Liqasının İsveçlə matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.

Presssport.az xəbə veri ki, “Neftçi”nin də kapitanı olan 32 yaşlı yarımmüdafiəçi əvvəlcə sabahkı matçdan gözləntilərini açıqlayıb.

- Sabah bizi çox yaxşı komandaya qarşı oyun gözləyir. Yaxşı oyun göstərməyə çalışacağıq. Bilirik ki, rəqibin yaxşı futbolçuları var. Bizim məqsəd var - qalib gəlmək istəyirik.

- İsveç millisi Bakıdakı 0:3-ə görə revanş almaq istəyəcək. Karyeranda da bəlkə ən uğurlu matç həmin oyun olub. Motivasiyan necədir?

- İsveçə qarşı son matç həqiqətən karyeramın ən yaxşı oyunlarından biri oldu. Komandaya kömək edəcəm. Allah qoysa, yaxşı oynayarıq.

- Fernandu Santuşla ilk dəfədir çalışırsınız. Sizdən əsas istəyi, tələbi nədi?

- Normal bir məşq keçirdik. Yavaş-yavaş onun oyun fəlsəfəsini həyata keçiririk.

- "Neftçi"də əhval-ruhiyyə yaxşı deyil. Millidə bunu unutmaq üçün nə edirsən?

- Heç vaxt klubdakı problemləri milliyə gərtirməmişəm. Çalışmışam ki, hərəsinə ayrı-ayrı yanaşım. Milliyə gələndə heç nə düşünmürəm. Problemlər çox olur. Amma kənarda qoyub, millini düşünürəm.

- Ötən qalibiyyətin təsadüf olmadığını sübut etmək üçün nə edəcəksiniz?

- Maksimum diqqətli olmalıyıq. Bizi çox yaxşı rəqib və çox güclü oyunçular gözləyir. Çalışacağıq ki, mübarizə göstərərək, öz futbolumuzu oynayaq. 

- Hansı futbolu oynayacaqsız?

- Bir günlə heç nəyi dəyişə bilmərik. Çox kompakt, topla oynamağa çalışacağıq. Alınacaq ya yox, bunu zaman göstərəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC