Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının sentyabr ayı üzrə reytinq cədvəlini açıqlayıb

Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının sentyabr ayı üzrə reytinq cədvəlini açıqlayıb.

Presssport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, sıralamaya Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi, dünya və Avropa çempionu cüdoçu Hidayət Heydərov liderlik edir. Onun aktivində 590 xal var.

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası 500 xalla 2-cidi.

Paris-2024-də digər qızıl medal qazanan cüdoçumuz Zelim Kotsoyev 470 xalla 3-cü pillədə qərarlaşıb.

İdman gimnastı Nikita Simonov (400 xal) 4-cü, cüdoçu Elcan Hacıyev (320 xal) 5-ci, atlet Anna Skidan (315 xal) 6-cı, digər cüdoçulardan Balabəy Ağayev (310) 7-ci, Yaşar Nəcəfov (300 xal) 8-ci, Leyla Əliyeva (290 xal) 9-cu, Zelim Tçkayev (280 xal) 10-cudu.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC