Avarçəkmə üzrə Azərbaycan çempionatına yekun vurulub

Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə keçirilən avarçəkmə üzrə Azərbaycan çempionatına yekun vurulub.

Presssport.az AKAF-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışda Bakı və Mingəçevirdən olan 100-dən artıq yeniyetmə və gənc çempionluq uğrunda mübarizə aparıb.

Ölkə çempionatında avarçəkənlər kayak və kanoe növlərində 1 və 2 nəfərlik qayıqlarda 200, 500, 1000 metr, akademik avarçəkmədə isə 1, 2 və 4 nəfərlik qayıqlarda 1000, 1500 metr məsafədə birinci olmağa çalışıb.

Qaliblər diplom və medallarla mükafatlandırılmaqla yanaşı, oktyabrda baş tutacaq ənənəvi “Mingəçevir Reqatası” beynəlxalq turnirində iştirak edəcək heyətə cəlb olunacaqlar.

Onu da bildirək ki, AKAF-ın əsas prioritetlərindən biri ölkəmizdə yeniyetmə və gənclər arasında avarçəkməni təbliğ etmək, kütləviliyi artırmaqdır. Bu yöndə görülən işlər çərçivəsində il ərzində Bakıda və Mingəçevirdə mütəmadi olaraq ölkədaxili yarışlar keçirilir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC