FİF “Bizon Energy” ilə müqavilə imzaladı - bölgə futbol klublarına dəstək göstərəcək

Futbolun İnkişaf Fondu (FİF) və “Bizon Energy” arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.

Presssport.az xəbər verir ki, ərəfdaşlıq müqaviləsini FİF-in Biznesin inkişafı üzrə şöbə müdiri Babək Sarıvəlili və “Avrora” MMC-nin Sərinləşdirici içkilər şöbəsinin rəhbəri Hikmət Axundov imzalayıblar. 

Razılaşmaya əsasən, “Bizon Energy” region futbol klublarında oyun günü təcrübəsinin yaxşılaşdırılması və oyunlara azarkeş marağının artırılması ilə bağlı dəstək göstərəcək.

Məlumat üçün bildirək ki, “Bizon energy” 2015-ci ildə “Avrora” şirkəti tərəfindən yaradılıb və qısa zamanda böyük inkişaf yolu keçib. Məhsullar yüksək ixtisaslı istehsal mütəxəssisləri tərəfindən müasir texnologiyalar vasitəsilə dünya standartlarına uyğun qaydada istehsal edilir. Brendin məqsədi Azərbaycan istehlakçısına ən münasib qiymətə yüksək keyfiyyətdə məhsul təqdim etməkdi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC