"Qarabağ"da "ofsayd"a düşən trio - səbəb limitdi

“Qarabağ” Avropa Liqasının Liqa mərhələsi üçün UEFA-ya iştirak ərizəsini təqdim edib. Presssport.az xəbər verir ki, siyahıda Ağdam klubunun 3 futbolçusunun adı yoxdu. 

Bunlar qapıçı Şahruddin Məhəmmədəliyev, fransalı cinah yarımmüdafiəçisi Hamidu Keyta və albaniyalı hücumçu Redon Cicadı. 

Çempionumuzun bu trionun adlarını oyunlar üçün qitə futbol qurumuna göndərməməsi diqqət çəkir. Məlum olub ki, futbolçuların adları UEFA-nın qoyduğu limitə görə siyahıdan çıxarılıb. Belə ki, qitə futbol qurumu yalnız 23 oyunçunun siyahıda yer almasına icazə verir. Limit 23+1-di və bu səbəbdən həmin oyunçular kənarda qalmalı olub.

Bu yerdə bildirək ki, keçən mövsüm də “Qarabağ” analoji halla üzləşmişdi. Onda limit səbəbindən fransalı cinah yarımmüdafiəçiis Adama Diakabi “ofsayd”da qalmışdı. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC